Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Ebola epidemiyasının sürətlə yayılması fonunda Konqo Demokratik Respublikasına yollanıb.
Tvit.az xəbər verir ki, ÜST rəhbəri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"16 dəfə bu ölkə Ebolaya qalib gəlib. 17-ci dəfə istisna olmayacaq. Lakin biz indi və birlikdə hərəkət etməliyik", - Qebreyesus deyib.
Konqoda və qonşu Uqandada "Bundibugyo" ştammının törətdiyi genişmiqyaslı Ebola epidemiyası yayılır. ÜST-ün məlumatına görə, təxminən 900 ehtimal olunan xəstəlik halı və 220-dən çox ölüm hadisəsi qeydə alınıb.