Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Hindistan Rusiya neftinin idaxılını azaldacaq
dünya

Hindistan Rusiya neftinin idaxılını azaldacaq

30-12-2025 19:00 21 Просмотров
IMG
 Hindistan Rusiya neftinin idxalını son üç ilin ən aşağı səviyyəsinə - təxminən gündə 1.1 milyon barelə endirəcək.
 
Tvit.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
 

Məlumata görə, azalmanın əsas səbəbi əvvəllər Rusiya neftinin ən böyük alıcısı olan Hindistan şirkəti Reliance Industries Ltd.-nin alışlarının müvəqqəti dayandırılması olub.

 

Noyabrda təchizat həcmi gündə təxminən 1.8 milyon barrel olaraq qiymətləndirilirdi.

Kpler analitikləri bildirir ki, dekabrın ikinci həftəsində Rusiyadan Hindistana təchizat gündə 712 min barelə düşüb, bundan sonra isə azacıq artım başlayıb.

Bununla belə, ayın sonuna qədər idxal həcmi noyabr ayına nisbətən xeyli aşağı qalacaq.

Eyni zamanda, şirkət 2026-cı ilin əvvəlində Rusiya neftinin alışını bərpa etməyi planlaşdırır.

 

Aysel Şirinova