Məlumata görə, azalmanın əsas səbəbi əvvəllər Rusiya neftinin ən böyük alıcısı olan Hindistan şirkəti Reliance Industries Ltd.-nin alışlarının müvəqqəti dayandırılması olub.
Noyabrda təchizat həcmi gündə təxminən 1.8 milyon barrel olaraq qiymətləndirilirdi.
Kpler analitikləri bildirir ki, dekabrın ikinci həftəsində Rusiyadan Hindistana təchizat gündə 712 min barelə düşüb, bundan sonra isə azacıq artım başlayıb.
Bununla belə, ayın sonuna qədər idxal həcmi noyabr ayına nisbətən xeyli aşağı qalacaq.
Eyni zamanda, şirkət 2026-cı ilin əvvəlində Rusiya neftinin alışını bərpa etməyi planlaşdırır.
Aysel Şirinova