Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Sadır Japarov sabah Azərbaycana gələcək
siyasət

Sadır Japarov sabah Azərbaycana gələcək

13-10-2026 17:00 13 Просмотров
IMG

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-15-də Azərbaycanda işgüzar səfərdə olacaq.


Tvit.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Japarov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə görüşünə qatılacaq.

 

"Tədbir çərçivəsində dövlət, hökumət və beynəlxalq təşkilat başçıları qarşılıqlı bağlantı, rəqəmsal transformasiya və dayanıqlı iqtisadi artım istiqamətləri üzrə regional tərəfdaşlığın daha da genişləndirilməsi kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Toplantının nəticəsi olaraq, tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına və daha da gücləndirilməsinə xidmət edən bir neçə müvafiq sənədin imzalanması planlaşdırılır", - deyə xəbərdə bildirilir.