Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının üç rayonunun bir sıra ərazilərində qaz olmayacaq
sosial

Bakının üç rayonunun bir sıra ərazilərində qaz olmayacaq

14-10-2026 09:00 15 Просмотров
IMG

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsinin və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.