Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qubada əməliyyat - Saxlanılan var
turizm

Qubada əməliyyat - Saxlanılan var

21-11-2025 10:00 34 Просмотров
IMG

Quba sakinindən müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb.

"Tvit.az" xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Pirvahid kənd sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Pərvin Mustafayev saxlanılıb.

Həmin şəxsin idarə etdiyi avtomobil və yaşadığı ünvandan narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin, eləcə də yüksək təsiredici həblər aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə P.Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.