Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binaları tikintisi ilə bağlı idi.
Tenderin qalibi "Hünər-İnşaat" Firması olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 26 milyon 369 min 453 min manat təşkil edib.
Aysel Şirinova