Şəkidə səkkiz gün öncə yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada ölüb.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, avtoqəza noyabrın 9-da rayonun İnçə kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə toqquşma nəticəsində "Chevrolet"in sürücüsü, 35 yaşlı Famil Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakıda xəstəxanalardan birinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, avtoqəza zamanı ümumilikdə altı nəfər xəsarət almış, onlardan ikisi xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.