Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Nizamidə oğurluq edən 3 nəfər saxlanıldı
turizm

Nizamidə oğurluq edən 3 nəfər saxlanıldı

17-11-2025 18:00 19 Просмотров
IMG

Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində bir nəfər alıcı kimi mağazadan gümüş bilərzik oğurlayıb.

 

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı F.Süleymanov müəyyən olunaraq saxlanılıb.

 

Bundan başqa, rayon ərazisində yerləşən evlərin birinin girişindən velosiped və mobil telefon oğurlamaqda şübhəli bilinən 34 yaşlı İ.Nəbiyev, həmçinin əvvəllər məhkum olunmuş 33 yaşlı H.Bəhmənov saxlanılıblar.

 

Araşdırmalar aparılır.