Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
turizm

Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır

17-11-2025 16:00 11 Просмотров
IMG

Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. 

Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.

Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.

Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib. Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub. 20 gün sonra həkim gipsi açıb və Günxan Oruc şok keçirərək həyatını itirib.