"Yuventus" 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi Kenan Yıldızla yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
Tvit.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Məlumata görə, hazırda futbolçu ilə "Çelsi", "Arsenal" və "Real Madrid" maraqlanır.
Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Yuventus" onun maaşını artırmaq istəyir, lakin tərəflər hələlik bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər.
Kenan hazırda mövsümdə 1,7 milyon avro qazanır. Turin klubu ona 6 milyon avro təklif edib, lakin yarımmüdafiəçi 7 milyon avro istəyir.
Bildirilir ki, "Yuventus"un sahibi Con Elkann Yıldızın oyun keyfiyyətlərini yüksək qiymətləndirir və yarımmüdafiəçini klubla müqaviləsini uzatmağa razı salmaq üçün danışıqlara müdaxilə edə bilər.