Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda torpaq sürüşməsinə səbəb suvarma sistemləri olub? - Rəsmi açıqlama (VİDEO)
turizm

Bakıda torpaq sürüşməsinə səbəb suvarma sistemləri olub? - Rəsmi açıqlama (VİDEO)

12-11-2025 12:00 12 Просмотров
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində baş verən hadisə ilə bağlı açıqlama yayıb. 

Agentlikdən "Tvit.az"a verilən məlumata görə, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil. 

***10:00

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.