Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mahamalar kəndində baş verib.
Belə ki, kənd sakini, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən, fermada nəzarətsiz qalan çoban iti ona hücum edib.