Qubada kişi balta xəsarəti alıb.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, Çartəpə kəndində 34 yaşlı Kamran Rüstəmov yaşadığı evdə balta xəsarətləri alıb.
K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə, qohumu 43 yaşlı G.Nəcəfova şübhəli bilinir.
Hadisənin torpaq sahəsi üstündə mübahisəyə görə, baş verdiyi bildirilir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Xəyal Talıbov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.