Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Azərbaycanda dönərdən kütləvi zəhərlənmə
turizm

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə

10-11-2025 14:00 13 Просмотров
IMG

Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə olub.

"Tvit.az" xəbər verir ki, zəhərlənmə halları şəhər ərazisində yerləşən dönərxanalarda qeydə alınıb.

Belə ki, şəhər sakini 1994-cü il təvəllüdlü Nəsib Zeynalov, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Kazımova, onun 2014 və 2015-ci il təvəllüdlü övladları dönər yedikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Noyabrın 9-da isə Dəllər qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ruslan Eyniyev eyni diaqnozla xəstəxanaya gətirilib. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, vəziyyətləri stabilləşdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.