Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü
siyasət

Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü

20-11-2026 13:00 8 Views
IMG

MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər.

 

Bu barədə Tvit.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən qanunvericilik sahəsində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov MDB Parlamentlərarası Assambleyasının müsbət fəaliyyətini qeyd edib.

 

Həmçinin MDB Parlamentlərarası Assambleyasının uzun illərdir dövlətlərarası qarşılıqlı fəaliyyət üçün möhkəm qanunvericilik bazasının formalaşdırılması istiqamətində səmərəli iş apardığı bildirilib.

 

Q.Berdiməhəmmədov parlament sədrlərinə Türkmənistanın təşkilata üzv dövlətlərlə uzun illər formalaşmış mütərəqqi münasibətlərini və həyata keçirilən birgə layihələri diqqətə çatdırıb və bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətində olduqlarını vurğulayıb.