İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 20 474 nəfər və ya 0.2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb.
Tvit.az xəbər verir ki, ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
2026-cı il oktyabr ayının əvvəlinə əhalinin 22.9 faizi Bakı, 4.6 faizi Naxçıvan, 9.3 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.8 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.