Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İranlı deputat: Rusiya və Çin Tehrana nüvə silahı yaratmağa tələsməməyi tövsiyə edir
dünya

İranlı deputat: Rusiya və Çin Tehrana nüvə silahı yaratmağa tələsməməyi tövsiyə edir

20-11-2026 20:00 9 Views
IMG

Rusiya və Çin İrana daha ehtiyatlı davranmağı və hələlik nüvə silahı yaratmaq barədə qərar qəbul etməməyi tövsiyə edir. 

 

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Ərdəstani bildirib.

 

Onun sözlərinə görə, ABŞ-ın İrana təzyiqləri Tehranda nüvə silahının hazırlanması məsələsinin müzakirəsini aktuallaşdırır. Eyni zamanda, İran cəmiyyətinin müəyyən hissəsi bu addımın atılmasına hazırdır.

Deputat qeyd edib ki, ölkə daxilində nüvə silahının əldə edilməsini dəstəkləyənlər bunun İranın çəkindirmə potensialını gücləndirəcəyini düşünürlər.