Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Özbəkistanla Rusiya arasında yeni aviareyslər açılır
dünya

Özbəkistanla Rusiya arasında yeni aviareyslər açılır

20-11-2026 20:00 10 Views
IMG

Yaxın vaxtlarda Özbəkistanla Rusiya arasında bir neçə yeni aviareysin fəaliyyətə başlaması planlaşdırılır.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Belə ki, dekabrın 20-dən etibarən “Centrum Air” aviaşirkəti Yekaterinburq–Səmərqənd marşrutu üzrə uçuşlara başlayacaq. Reyslər hər həftənin bazar günləri həyata keçiriləcək.

 

Bundan əlavə, “Pobeda” və “Centrum Air” aviaşirkətləri Səmərqənddən Mineralnıye Vodı şəhərinə də uçuşlar təşkil edəcək. “Pobeda” artıq biletlərin satışına başlayıb. Özbəkistanın “Centrum Air” aviaşirkətinin reysləri isə 2027-ci il yanvarın 20-dən həyata keçiriləcək.