Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Yəmən və Fələstin XİN rəhbərləri Neapolda görüş keçirib
dünya

Yəmən və Fələstin XİN rəhbərləri Neapolda görüş keçirib

20-11-2026 22:00 14 Views
IMG

Yəmən və Fələstinin xarici işlər nazirləri İtaliyanın Neapol şəhərində keçirilən 12-ci beynəlxalq “Aralıq dənizi dialoqları” (MED 2026) konfransı çərçivəsində görüşüblər.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Yəmənin xarici işlər naziri əl-Zubanın sözlərinə görə, ölkəsi Fələstin xalqını və onun qanuni hüquqlarını, xüsusilə paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaratmaq hüququnu qətiyyətlə dəstəkləyir.

 

Görüş zamanı tərəflər Yəmən və Fələstindəki son vəziyyəti, regional və beynəlxalq məsələləri, eləcə də beynəlxalq platformalarda iki ölkə arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə ediblər.