Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yevlaxda maşın 12 yaşlı velosipedçini vuraraq öldürüb
turizm

Yevlaxda maşın 12 yaşlı velosipedçini vuraraq öldürüb

20-11-2026 09:00 10 Views
IMG

Yevlaxda 12 yaşlı oğlan faciəli şəkildə ölüb.

 

Tvit.az-ın məlumatına görə, hadisə 19 noyabrda rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

 

Quliyev Semur Novruz oğlunun idarə etdiyi "Renault Master" markalı yük avtomobili velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Məmmədli Eltac Elçin oğlunu vuraraq öldürüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.