Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib
siyasət

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edilib

15-01-2025 17:00 22 Views
IMG

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

"Tvit.az" xəbər verir ki, fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.

Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.

Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.