Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya səfirliyi Britaniyaya hücum planı ilə bağlı iddiaları təkzib edib
dünya

Rusiya səfirliyi Britaniyaya hücum planı ilə bağlı iddiaları təkzib edib

24-11-2026 23:00 7 Views
IMG

Rusiyanın Londondakı səfirliyi Britaniyanın əks-kəşfiyyat qurumu MI5-in Moskvanın Birləşmiş Krallığa hücum etmək niyyətində olması ilə bağlı açıqlamasını təkzib edib.

 

Diplomatik nümayəndəlikdən bildirilib ki, Rusiyanın Böyük Britaniyaya hücum etmək üçün heç bir planı, səbəbi və niyyəti yoxdur.

 

Qeyd edək ki, noyabrın 24-də “Bloomberg” agentliyi MI5 və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiyanın Avropadakı müdafiə obyektlərinə qarşı təxribat cəhdlərinin artması ilə bağlı xəbərdarlıq yaydığını bildirib.

 

Məlumata görə, Ukrayna üçün silah istehsal edən Britaniya müdafiə şirkətlərinin rəhbərlərinə Rusiyadan qaynaqlanan yanğın və təxribat təhlükəsinin artdığı barədə xəbərdarlıq edilib. MI5 şirkətlərə mümkün təxribat riskini azaltmaq üçün rəqəmsal izlərini məhdudlaşdırmağı və açıq mənbələrdə məhsullar, obyektlər, əməliyyatlar və əməkdaşlar barədə məlumatları azaltmağı tövsiyə edib.