Rusiyanın Ukraynanın Zaporojye şəhərinə endirdiyi hava hücumu nəticəsində 2 mülki şəxsin öldüyü, 41 nəfərin isə yaralandığı açıqlanıb.
Tvit.az xəbər verir ki, bunu Ukrayna Dövlət Təcili Yardım Xidmətlərinə məxsus sosial media hesabı məlumat yayıb.
Bəyanatda şəhərdəki bəzi mənzil binalarının hücum nəticəsində zərər gördüyü və hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başlandığı qeyd edilib.
Elmin Alışov