Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Barselona" 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb
sport

"Barselona" 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb

23-11-2026 09:00 10 Views
IMG

"Barselona" komandası 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb.

 

Tvit.az "Opta"ya istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin La Liqanın XIII turunda "Vilyarreal"ı məğlub etdiyi oyunda reallaşıb.

 

Hazırkı ölkə çempionu matçın ilk yeddi dəqiqəsi ərzində qapısından iki qol buraxıb.

 

Beləliklə, "Barselona" 1981-ci ilin noyabrında "Real Saraqosa" ilə keçirilən qarşılaşmadan sonra ilk dəfə çempionat görüşündə bu halla üzləşib.

 

Xatırladaq ki, oyun "Barselona"nın 3:2 hesablı qələbəsi ilə bitib. Kataloniya klubu hazırda 36 xalla turnir cədvəlinin lideridir.