Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Toral Bayramova Azərbaycandan təklif var
sport

Toral Bayramova Azərbaycandan təklif var

23-11-2026 17:00 18 Views
IMG

Azərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Toral Bayramov karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, "Zirə" klubu qış transfer pəncərəsində 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

 

Bakı təmsilçisi Toral Bayramovu Azərbaycana qaytarmaq istəyir. Hazırda bu istiqamətdə klubun planları olduğu bildirilir.

 

Qeyd edək ki, Toral Bayramov mövsümün əvvəlində "Qarabağ"dan ayrılaraq 1 milyon avro qarşılığında "Bursaspor"a transfer olunub. O, Türkiyə klubunun heyətində indiyədək 11 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xatırladaq ki, Polşa mətbuatında azərbaycanlı futbolçunun qışda "Rakuv"a keçə biləcəyi ilə bağlı da məlumatlar yayılıb.