Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya: Ukraynanın NATO üzvlüyünə yaxın bir status alması belə qəbuledilməzdir
dünya

Rusiya: Ukraynanın NATO üzvlüyünə yaxın bir status alması belə qəbuledilməzdir

20-11-2026 15:00 9 Views
IMG

Rusiya Ukraynanın NATO-ya üzv olmadan demək olar ki, üzv statusu almasına imkan verən heç bir formulu qəbul etməyəcək.


Tvit.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.


"Ukraynanın faktiki olaraq üzv olmadan NATO-ya üzvlük statusu qazanmasına imkan verən bir formulun tapılması belə Rusiya üçün qəbuledilməzdir. Kiyev ilk növbədə Ukraynanın NATO-ya qoşulması tələbimizin qəbuledilməz olduğunu qəbul etməlidir”,- deyə müavin bildirib.


Elmin Alışov