Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Şənbə günü hava necə olacaq?
sosial

Şənbə günü hava necə olacaq?

20-11-2026 12:00 10 Views
IMG

Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65-70% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.