Çin prezidenti Si Çinpin Asiya-Sakit okean regionunda açıqlığı və əlaqəni daha da inkişaf etdirməklə azad ticarət zonası vizyonunu inkişaf etdirməyə çağırıb.
Tvit.az xəbər verir ki, o, bu barədə Çində keçirilən 33-cü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində deyib.
O, gələcəkdə region ölkələrinin üstünlük verdiyi əsas məsələnin parçalanmış və təcrid olunmuş əməkdaşlıqdan daha çox iqtisadi inteqrasiyanın və açıq və inklüziv əməkdaşlığın inkişaf etdirilməsi olduğunu vurğulayıb.
Çin lideri bildirib ki, regiondakı ölkələr azad və açıq ticarəti müdafiə etməli, sərbəst hərəkətə maneələri aradan qaldırmalı və iqtisadi artım üçün daha çox imkan yaratmalıdırlar.
Elmin Alışov