Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Yeməkdən dərhal sonra etməməli olduğunuz üç şey
sosial

Yeməkdən dərhal sonra etməməli olduğunuz üç şey

19-11-2026 09:00 20 Views
IMG

Yeməkdən sonra bəzi gündəlik fəaliyyətlərə dərhal başlamaq məsləhət görülmür.

 

Tvit.az xəbər verir ki, bu barədə "Santé" nəşri məlumat yayıb.

 

Mütəxəssislər yeməkdən sonra bir müddət təxirə salınması tövsiyə olunan üç fəaliyyətdən bəhs ediblər.

 

Belə ki, yeməkdən dərhal sonra dişləri fırçalamaq hər zaman faydalı olmaya bilər. Bu, xüsusilə sitrus meyvələri kimi turşuluğu yüksək olan qidaların qəbulundan sonra vacibdir. Turşular diş minasını müvəqqəti zəiflətdiyindən, bu zaman dişləri fırçalamaq minanın zədələnməsini sürətləndirə bilər. Stomatoloqlar turşulu qida və içkilər qəbul etdikdən sonra dişləri fırçalamaq üçün təxminən 30 dəqiqə gözləməyi məsləhət görürlər. Bu müddətdə ağız boşluğunu adi su ilə yaxalamaq olar.

 

Bundan əlavə, yeməkdən dərhal sonra uzanaraq dincəlmək də tövsiyə edilmir. Üfüqi vəziyyətdə mədə turşusunun qida borusuna keçməsi asanlaşır. Bu isə qıcqırmaya və narahatlığa səbəb ola bilər. Xüsusilə ağır, yağlı və qızardılmış yeməklərdən, eləcə də spirtli içkilər qəbul etdikdən sonra dərhal yatmaq məsləhət görülmür.

 

Mütəxəssislər sonuncu yeməklə yuxu arasında təxminən üç saat fasilə verməyi tövsiyə edirlər.

 

Yeməkdən dərhal sonra intensiv fiziki fəaliyyətlə məşğul olmaq da mədədə narahatlıq və əzələ spazmlarına səbəb ola bilər. Bu, üzgüçülük və digər idman növlərinə də aiddir. Doyurucu yeməkdən sonra idmanla məşğul olmaq üçün üç-dörd saat gözləmək məsləhətdir. Yüngül qəlyanaltıdan sonra isə bir-iki saat keçdikdən sonra fiziki aktivliyə qayıtmaq mümkündür.