"Kiminsə müxalif olması onu hüquqi məsuliyyətdən azad etmir. Hesab edirəm ki, siz sualda öz cavabınızı vermisiniz. Bəli, onun barəsində hər bir hüquqi dövlətdəki kimi istintaq davam edir".
Tvit.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə keçirdiyi birgə mətbuat konfransında almaniyalı jurnalistin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsinə dair sualına cavabında deyib.
"Hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunverciliyinə əsasən keçirilir. Bir daha deyirəm, kiminsə müxalif olması onu hüquqi məsuliyyətdən azad etmir. Bu hər bir ölkədə, o cümlədən Azərbaycanda da, Almaniyada da belədir", - deyə nazir vurğulayıb.