Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstan 5-6 il ərzində elektrik enerjisi istehsalını ikiqat artıracaq
dünya

Gürcüstan 5-6 il ərzində elektrik enerjisi istehsalını ikiqat artıracaq

16-11-2026 22:00 27 Views
IMG

Gürcüstan növbəti 5-6 il ərzində elektrik enerjisi istehsalını ikiqat artıraraq 11 500 meqavata çatdırmağı planlaşdırır.

Tvit.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

 

Baş nazirin sözlərinə görə, plana dörd böyük su elektrik stansiyasının tikintisi daxildir. Hazırda İqtisadiyyat Nazirliyi layihələrin həyata keçirilməsi üzərində işləyir.

 

Gürcüstanda elektrik enerjisi istehlakının artması fonunda hökumət yerli bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə xarici enerji asılılığını azaltmağı hədəfləyir.

 

Aysel Şirinova