Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsrail ordusu Qəzzada 5 HƏMAS üzvünün öldürüldüyünü açıqlayıb
dünya

İsrail ordusu Qəzzada 5 HƏMAS üzvünün öldürüldüyünü açıqlayıb

16-11-2026 22:00 28 Views
IMG

İsrail ordusu Qəzza zolağında həyata keçirilən son hücumlar nəticəsində 5 HƏMAS üzvünün öldürüldüyünü açıqlayıb. 

 

Tvit.az xəbər verir ki, İsrail Ordusunun məlumatına görə, şənbə günü Qəzzanın şimalındakı Cəbəliyə bölgəsinə endirilən zərbələr nəticəsində iki, cümə axşamı günü baş verən ayrı əməliyyat zamanı isə daha üç HƏMAS üzvü öldürülüb.

 

İsrail Müdafiə Qüvvələri öldürülənlər arasında HƏMAS-ın müxtəlif hərbi birləşmələrinin komandirlərinin də olduğunu bildirib.

 

Ordu onların İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar hazırladığını, həmçinin atəşkəsi pozaraq HƏMAS-ın hərbi imkanlarını bərpa etməyə çalışdığını iddia edib.

 

Aysel Şirinova