Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya Ukraynada PUA anbarını vurdu
dünya

Rusiya Ukraynada PUA anbarını vurdu

21-10-2026 10:00 14 Views
IMG

Rusiya Silahlı Qüvvələri Ukraynanın Poltava şəhərində pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbara və Kiyev yaxınlığındakı elektrik yarımstansiyasına zərbələr endirib.

 

Tvit.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatına görə, Poltavadakı anbardan orta və uzaqmənzilli PUA-ların saxlanılması üçün istifadə olunub.

 

Bildirilib ki, Kiyev yaxınlığında yerləşən “Nivki” elektrik yarımstansiyası Ukraynanın hərbi sənaye kompleksi müəssisələrinin və paytaxtdakı logistika mərkəzlərinin fəaliyyətini təmin edib.

 

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Odessa limanına yaxınlaşan və Ukraynaya hərbi yüklər daşıdığı iddia edilən quru yük gəmisinin də vurulduğunu açıqlayıb.

 

 

Aysel Şirinova,

Tvit.az