Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur
siyasət

XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur

20-10-2026 19:00 20 Views
IMG

Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Tvt.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) səyahət xəbərdarlığında bildirilib.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

E-poçt ünvanı

[email protected]

[email protected]

[email protected]

Əlaqə nömrəsi

+33 (0) 1 44 18 60 20

+33 (0) 1 44 18 60 23

Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)"