Türkmənistan və Qətərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Tvit.az-ın Türkmənistan Xarici İşlər Nazirliyinə istinadla məlumatına görə, görüşdə Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov və Qətərin xarici məsələlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxi iştirak ediblər.
Tərəflər siyasi dialoqun gücləndirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və investisiya əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Danışıqlarda enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarına xüsusi diqqət yetirilib. Həmçinin işgüzar forumların təşkili və Türkmənistan–Qətər Birgə Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Məsləhətləşmələrin yekununda tərəflər ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Aysel Şirinova