Ukrayna və Moldova hakimiyyətləri Gürcüstanı tənqid etməzdən əvvəl öz ölkələrində korrupsiyanın səviyyəsinə diqqət yetirməlidirlər.
Bu barədə Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Mahaşvili bildirib.
O, Moldova parlamentinin sədrinin Tbilisinin Kişinyovu Avropa İttifaqına inteqrasiya yolunda əldə etdiyi uğurlara görə qısqanclıqdan tənqid etməsi barədə açıqlamasını şərh edərkən belə deyib.
“Gürcüstanın korrupsiya ilə mübarizə, iqtisadi inkişaf və yoxsulluğun azaldılması sahələrində vəziyyətini bir daha xatırladacağam. Nəticədə, Gürcüstanın həqiqətən Ukrayna və Moldovadan öndə olub-olmadığına cəmiyyət qərar verməlidir. Mövcud statistikaya nəzər salsaq, hər şey aydın olacaq”, – deyə deputat vurğulayıb.