Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyə və Pakistan Səudiyyə Ərəbistanında qoşun yerləşdirməyə başlayacaq
dünya

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanında qoşun yerləşdirməyə başlayacaq

05-10-2026 23:00 14 Views
IMG

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı ərazisində qoşunların yerləşdirilməsinə başlayacaq.

 

Bu barədə oktyabrın 5-də Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, komitə kollektiv müdafiə sahəsində öhdəliklərin praktiki icrasına dərhal başlanılması barədə qərar qəbul edib.

Qeyd olunub ki, razılaşdırılmış hərbi kontingent və vasitələrin Səudiyyə Ərəbistanına operativ şəkildə yerləşdirilməsini təmin etmək üçün zəruri tədbirlər görüləcək.

Açıqlamaya görə, proses təsdiq edilmiş razılaşmalara uyğun həyata keçiriləcək.