Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı ərazisində qoşunların yerləşdirilməsinə başlayacaq.
Bu barədə oktyabrın 5-də Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, komitə kollektiv müdafiə sahəsində öhdəliklərin praktiki icrasına dərhal başlanılması barədə qərar qəbul edib.
Qeyd olunub ki, razılaşdırılmış hərbi kontingent və vasitələrin Səudiyyə Ərəbistanına operativ şəkildə yerləşdirilməsini təmin etmək üçün zəruri tədbirlər görüləcək.
Açıqlamaya görə, proses təsdiq edilmiş razılaşmalara uyğun həyata keçiriləcək.