Google Aİ-nin antiinhisar qaydalarına uyğunlaşmaq üçün axtarış nəticələrində etdiyi dəyişikliklərin istifadəçi təcrübəsini pisləşdirdiyini və yerli bizneslərə zərər verdiyini açıqlayıb.
Tvit.az xəbər verir ki, şirkətin vitse-prezidenti Nik Foks Reuters-ə bildirib ki, yeni qaydalar otel, aviaşirkət və restoranların birbaşa saytları əvəzinə qiymət müqayisəsi xidmətlərinə üstünlük verir. Google əvvəlki dəyişikliklərin Avropa şirkətlərinin saytlarına birbaşa pulsuz trafiki 30% azaltdığını deyir.
Dəyişikliklər Aİ-nin iyulda Google-a Rəqəmsal Bazarlar Qanununu pozduğuna görə tətbiq etdiyi 460 milyon avroluq cərimədən sonra həyata keçirilib. Şirkət pozuntuları aradan qaldırmaq üçün 60 gün vaxt alıb, əks halda qlobal dövriyyəsinin 5%-dək cərimə ilə üzləşə bilər.
Aysel Şirinova