Özbəkistan xarici işlər nazirinin müavini Əloyev Tehranın Daşkənddəki səfiri Eskəndəri ilə görüşüb.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.