Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Reuters: Google Aİ qaydalarının axtarış keyfiyyətinə təsir etdiyini bildirir
ДРУГОЕ

Reuters: Google Aİ qaydalarının axtarış keyfiyyətinə təsir etdiyini bildirir

08-09-2026 16:00 15 Просмотров
IMG

Google Aİ-nin antiinhisar qaydalarına uyğunlaşmaq üçün axtarış nəticələrində etdiyi dəyişikliklərin istifadəçi təcrübəsini pisləşdirdiyini və yerli bizneslərə zərər verdiyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, şirkətin vitse-prezidenti Nik Foks Reuters-ə bildirib ki, yeni qaydalar otel, aviaşirkət və restoranların birbaşa saytları əvəzinə qiymət müqayisəsi xidmətlərinə üstünlük verir. Google əvvəlki dəyişikliklərin Avropa şirkətlərinin saytlarına birbaşa pulsuz trafiki 30% azaltdığını deyir.

 

Dəyişikliklər Aİ-nin iyulda Google-a Rəqəmsal Bazarlar Qanununu pozduğuna görə tətbiq etdiyi 460 milyon avroluq cərimədən sonra həyata keçirilib. Şirkət pozuntuları aradan qaldırmaq üçün 60 gün vaxt alıb, əks halda qlobal dövriyyəsinin 5%-dək cərimə ilə üzləşə bilər.

 

Aysel Şirinova