Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport UEFA əmsallar cədvəli: Azərbaycan neçənci yerdə qərarlaşıb?
sport

UEFA əmsallar cədvəli: Azərbaycan neçənci yerdə qərarlaşıb?

23-10-2026 11:00 18 Views
IMG

Azərbaycan UEFA-nın ölkələr reytinqində 24-cü sırada yer alıb.

 

Tvit.az xəbər verir ki, Avropa Liqasının əsas mərhələsinin III turunun nəticələri ölkəmizin mövqeyinə təsir etməyib.

 

İsrailin "Hapoel Beer-Şeva" komandası səfərdə Belçikanın USG klubuna 0:4 hesabı ilə uduzub. Bu məğlubiyyət İsrailin Azərbaycanı reytinqdə geridə qoymaq imkanını aradan qaldırıb.

 

Hazırda Azərbaycanın əmsalı 24.187-dir. 24.125 xala malik İsrail 25-ci, 24.837 əmsalla Ukrayna isə 23-cü pillədədir.

 

Qeyd edək ki, siyahıya 106.463 əmsalla İngiltərə başçılıq edir.