Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Bayramov Kestutis Budrislə danışdı
siyasət

Bayramov Kestutis Budrislə danışdı

03-09-2026 13:00 20 Views
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.

 

Bu barədə Tvit.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

 

Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa Birliyi Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa Birliyi münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.

 

Nazirlər eyni zamanda regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazda mövcud vəziyyət və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.