Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Çelsi" daha bir müdafiəçisi ilə yollarını ayırır
sport

"Çelsi" daha bir müdafiəçisi ilə yollarını ayırır

31-08-2026 17:00 17 Views
IMG

"Çelsi"nin müdafiəçisi Tosin Adarabioyonun transfer pəncərəsinin son saatlarında London klubundan ayrılması gözlənilir.

 

Tvit.az xəbər verir ki, 28 yaşlı futbolçunun mümkün transferi ilə bağlı danışıqlar aparılır.

 

"Çelsi"nin də Adarabioyo ilə yolları ayırmağa hazır olduğu bildirilir. İngiltərə millisində də çıxış etmiş müdafiəçi 2024-cü ilin yayında "Fulhem"dən azad agent statusunda "Çelsi"yə keçib.

 

Adarabioyo bu müddətdə London klubunun heyətində bütün turnirlər üzrə 70 matç keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, futbolçunun xidmətində "Benfika"nın maraqlı olduğu və tərəflər arasında əvvəlcədən əlaqələrin qurulduğu barədə məlumat yayılmışdı.

 

Xatırladaq ki, "Çelsi" bu yay Trevoh Çaloba, Mark Kukurelya və kimi müdafiəçiləri ilə də yollarını ayırıb. London klubunda transfer pəncərəsinin son günlərində daha bir neçə ayrılığın baş verməsi gözlənilir.