Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Son bir həftədə təbiətə 50 min ziyan vurulub
sosial

Son bir həftədə təbiətə 50 min ziyan vurulub

28-08-2026 18:00 19 Views
IMG

Ötən həftə Bakı şəhəri və İmişli rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Bu barədə "Tvit.az"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salmanov küçəsində, Nizami rayonu Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samir Cəfərov küçəsində, İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.