Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI
sosial

Azərbaycanda muzdla çalışanların sayı AÇIQLANDI

11-06-2026 17:00 19 Views
IMG

Bu il mayın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 792.3 min nəfər təşkil edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Məlumata görə, muzdla çalışanların 862.8 min nəfəri dövlət, 929.5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Statistikaya əsasən, muzdla çalışanların 18.6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 13.8 faizi sənaye, 8.7 faizi səhiyyə və sosial xidmətlər sahəsində çalışıb.

 

Bundan başqa, işçilərin 6.6 faizi tikinti, 6.1 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2.4 faizi maliyyə və sığorta, 2.3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.

 

Muzdla çalışanların 15 faizi isə iqtisadiyyatın digər sahələrinin payına düşüb.