Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və NATO enerji təhlükəsizliyi məsələlərini müzakirə edib
sosial

Azərbaycan və NATO enerji təhlükəsizliyi məsələlərini müzakirə edib

08-10-2026 14:00 12 Views
IMG

Azərbaycan və NATO tərəfdaşlığı, enerji təhlükəsizliyi məsələlərini və bu sahədə birgə tədqiqatların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

Oktyabrın 7-də NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin direktoru polkovnik Gitis Kazokas mərkəzin təhsil, hazırlıq və təlimlər şöbəsinin mütəxəssisi leytenant Zafer Başerlə birlikdə Azərbaycana səfər edib.

 

"Səfər çərçivəsində NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və digər dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib", - məlumatda bildirilib.