Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
sosial

Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz

11-06-2026 13:00 16 Views
IMG

Adətən işlədiyi yerdən asılı olmayaraq hər bir işçidə "işdən çıxarılma" narahatlığı olur. Lakin müəyyən kateqoriyaya aid işçilər var ki, onların müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilə bilməz.

Tvit.az Oxu.az-a istinadla işəgötürən tərəfindən müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və halları təqdim edir:

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

- yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

- işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

- öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin;

- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə yol verilmir.