Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Apple idman yayımında ilkə imza atacaq: MLS oyunu iPhone 17 Pro ilə çəkiləcək
OTHER

Apple idman yayımında ilkə imza atacaq: MLS oyunu iPhone 17 Pro ilə çəkiləcək

22-05-2026 21:00 24 Views
IMG

Apple şirkəti canlı idman yayımlarında yeni mərhələyə keçdiyini açıqlayıb. Şirkət tarixdə ilk dəfə böyük peşəkar futbol qarşılaşmasının peşəkar studiya kameraları əvəzinə iPhone ilə lentə alınacağını bildirib.

 

Tvit.az xəbər verir ki, MLS çərçivəsində keçiriləcək LA Galaxy – Houston Dynamo FC oyununun çəkilişi üçün iPhone 17 Pro modellərindən istifadə olunacaq. 

 

Qarşılaşma mayın 24-də Bakı vaxtı ilə saat 06:30-da baş tutacaq və Apple TV platformasında canlı yayımlanacaq.

 

Şirkətin məlumatına görə, iPhone 17 Pro matçın müxtəlif məqamlarını – komandaların isinməsindən oyunçuların təqdimatına, stadion atmosferindən oyunun gedişinə qədər – canlı şəkildə çəkəcək. Bildirilir ki, cihazlar stadionun müxtəlif nöqtələrində yerləşdiriləcək. 

 

Apple daha əvvəl iPhone modellərinin film və peşəkar video çəkilişlərində istifadə olunduğunu nümayiş etdirmişdi. 

 

Lakin bu dəfə şirkət canlı idman yayımında tam şəkildə iPhone texnologiyasına güvənərək idman yayımı sahəsində yeni addım atmağa hazırlaşır.

 

Aysel Şirinova